“Sabah” 7 qol vurdu, legioneri poker etdi

3 Noyabr 2024 02:00 Sabah 601
“Sabah” 7 qol vurdu, legioneri poker etdi

Gənclər Liqasında növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın U-19 komandası son turda evdə “Araz-Naxçıvan”la qarşılaşıb.

“ASK Arena”da keçirilən oyun “Sabah”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 7:0.

Qollara Stepen Ende (4), Elgün Dünyamalıyev, İbrahim Xəlilov və Atilla Hüseynli imza atıblar.

Cari mövsümdə Gənclər Liqasında 10 oyun keçirən “Sabah”ın U-19 komandası oyunlarının hamısını qələbə ilə başa vurub və 30 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?