Bu təyinat ən çox "Sabah"ı maraqlandırır - "Makkabi" yolunda

19 İyul 2024 22:40 Sabah 811
Bu təyinat ən çox "Sabah"ı maraqlandırır - "Makkabi" yolunda

Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyinatı açıqlanıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Macarıstandakı“Varkert” stadionunda keçiriləcək görüşü belçikalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Natan Verbumen olacaq. Ona yan xətt hakimləri Matias Hillaert və Ruben Vins kömək edəcək. Dördüncü hakim funksiyasını isə Uesli De Kremer yerinə yetirəcək.

İyulun 25-də keçiriləcək ilk matç saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti