Bir kəllə atdı, 3000 manat maaşından tutuldu

19 May 2024 15:15 Sabah 853
Bir kəllə atdı, 3000 manat maaşından tutuldu

«Sabah» Davit Volkovu cərimələyib.

Buna səbəb onun Premyer Liqanın XXXIV turunda “Qəbələ”yə uduzduqları (0:2) görüşdə qırmızı vərəqə ilə meydandan qovulmasıdır.

Belə ki, 61-ci dəqiqədə Emma nuel Apehin əvəzinə oyuna daxil olan gürcüstanlı hücumçu 4 dəqiqə sonra rəqibinə kəllə atdığına görə qarşısında qırmızı vərəqə görüb.

AFFA İntizam Komitəsi Volkovu ikisi şərti olmaqla dörd oyunluq cəzalandırıb. Ona 3 aylış sınaq müddəti təyin edilib.

Bununla yanaşı, 3000 manat cərimələnib.

Davit bu məbləği öz cibindən ödəməli olacaq. Daha dəqiq desək, cərimə onun əməkhaqısından tutulacaq.

“Sabah” Volkovun cəzası ilə bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək.Masazır təmsilçisinin mətbuat katibi Elnur Həmidov səbəbini belə əsaslandırıb:

“Davit Volkovun cəzası ilə bağlı apellyasiya şikayəti olmayacaq. Bilərəkdən rəqibi vurmağın cəzası 2 oyunluq diskvalifikasiyadır.

O da futboldan kənar olan qırmızı vərəqə idi. Ümumiyyətlə, bununla bağlı apellyasiya şikayəti verməyin də mənası yoxdur. Əsasnaməyə uyğun qərardır”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!