COP29

Renduliçdən qələbə şərhi

18 May 21:05 Sabah 680
Renduliçdən qələbə şərhi

“Oyunçularımı təbrik edirəm. Fantastik oynadılar. Bütün güclərini qoyub, qələbə qazandılar. Üç xala layiq idik. İlk dəqiqədən sona qədər yaxşı olan tərəf biz idik. Əlbəttə, təzyiq altında olanda oynamaq asan deyil. Nəyə görə təzyiq altında idik? Məqsədimiz var və bu, ikincilikdir. Futbolçularım bu gün cavablarını inanılmaz verdilər”

Sportinfo az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırarkən deyib.

Xorvatiyalı mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Xoşbəxtik, hər şey özümüzdən asılıdır. Qələbə qazansaq, avrokuboklara gedəcəyik. Üç xal üçün əlimizdən gələni edəcəyik. İki ay əvvəl Avropaya vəsiqə verən yerdən uzaq idiik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"