COP29

Azərbaycan klubu rusiyalı mütəxəssisə təklif göndərib? - Gündəmin sualına cavab gəldi

14 Fevral 17:00 Sabah 599
Azərbaycan klubu rusiyalı mütəxəssisə təklif göndərib? - Gündəmin sualına cavab gəldi

Aleksandr Kerjakov “Sabah”ın yeni baş məşqçisi ola bilər.

Bu barədə Rusiyanın “Sport-Express” nəşri məlumat yayıb.

Bildirilib ki, 41 yaşlı mütəxəssis Azərbaycan klubu ilə danışıqlar aparır.

Onunla həmçinin Özbəkistanın bir klubu da maraqlanır. Rusiyalı çalışdırıcı özü bir müddət əvvəl ölkə xaricindən bir klubla danışıq apardığını təsdiqləmişdi.

Həttə bugünlərdə Zenit” və “Neftçi”nin keçmiş çalışdırıcısı Vlastimil Petrjela Aleksandr Kerjakovun “Sabah”ın baş məşqçisi postuna mümkün təyinatına münasibət bildirib.

Deyəsən, qız evində toydur, oğlan evinin xəbəri yoxdur.

Hər halda, məsələ ilə bağlı Masazır klubunun mövqeyini öyrənərkən aldığımız cavabdan sonra bu qənaətə gəlməmək mümkün deyil.

“Tələbələr”in mətbuat xidmətinin rəhbəri Elnur Həmidov saytınmıza açıqlamasında Kerjakovla bağlı yayılan yuxarıdakı informasiyanı təkzib edib.

O, yayılan iddiaların əssasız olduğunu bildirib və rusiyalı mütəxəssislə ümumiyyətlə danışıqlar aparılmadığını sözlərinə əlavə edib.

Xatırladaq ki, Aleksandr Kerjakovun son klubu 2023-cü ilin noyabrında ayrıldığı Serbiya “Spartak”ı olub.

O, daha əvvəl “Tom”, “Nijni Novqorod”, “Karmiotissa”da, eləcə də Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında fəaliyyət göstərib.

“Sabah” Murad Musayevin istefa verməsindən sonra baş məşqçisiz qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"