COP29

Premyer Liqa klubu bombardirindən məhrum oldu

8 Dekabr 2023 17:00 Sabah 647
Premyer Liqa klubu bombardirindən məhrum oldu

Premyer Liqanın 16-cı turunun maraqla gözlənilən qarşılaşmalarından biri Masazırda keçiriləcək.

Burada "Sabah" digər paytaxt klubu "Səbail"i qonaq edəcək.

Yaxşı mövsüm keçirən Bayıl təmsilçisi hazırda 23 xalla üçüncü pillədə qərarlaşır.

Son turlar özünə gələn "Sabah" isə 19 xalla 7-ci sıradadır.

Amma bu görüşdə qazanılacaq 3 xal Murad Musayevin komandasını ilk üçlüyə bir addım da yaxınlaşdıra bilər.

Əhəmiyyətli oyuna rusiyalı mütəxəssis heç də tam tərkibdə hazırlaşa bilmir.

Ötən həftə zədə alan David Volkovun durumu qənaətbəxş deyil. "Kəpəz"lə matçdan bir gün əvvəl məşqdə zədələnən gürcüstanlı hücumçu hələ də məşqlərə qoşulmayıb.

4 qolla bu mövsüm komandanın bombardiri olan "18 nömrə"nin qarşıdakı matçı buraxacağı böyük ölçüdə dəqiqləşib.

Ondan başqa Jarl Marqarita və Kristian Sebalyosun da bu turu buraxacağı dəqiqdir.

Əvəzində kollektiv Con İrasabalın qayıdışına sevinir. Son iki turu buraxan ispaniyalı məşqlərdə iştirak edir. Musayev şans versə, mərkəz müdafiəçisi meydana çıxmağa hazırdır.

"Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Səbail" oyunu 10 dekabr, 15:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"