
«Biz təmkinimizi qoruyuruq».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah»ın mərakeşli legioneri Sofian Çakla deyib.
Vazxtilə İspaniyada «Vilyareal»ın formasını geyinmiş müdafiəçi yeni komandasının qeyri-sabit mövsüm keçirməsindən danışıb.
Futbol ictimaiyyəti ötən sezon Premyer Liqanın gümüş medallarını qazanmış Masazır təmsilçisinin bu il çempionluq mübarizəsində olmasını gözləyirdi.
Ancaq 15 həftə keçib, «bayquşlar» hələ də ilk «5-lik»də yer almayıb.
Mənzərə qorxulu deyil?
Çaklanı dinləyək: «İndi həmişəkindən də artıq səylə və həvəslə çalışırıq.
Fikrimcə, turnir cədvəli barədə mövsümün sonunda danışmaq daha düzgün olar. Zaman hər şeyi göstərəcək».