“Bizi səfərdə çətin oyun gözləyir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın legioneri Con İrasabal deyib.
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçiriləcək. "Sabah" Bayılda "Səbail"lə üz-üzə gələcək.
“Dənizçilər” 13 xalla üçüncü, rəqibindən 1 matç az keçirən qonaqlar 5 xalla səkkizinci sıradadır.
“Səbail” son 4 matçda qalib gəlib. İndiki psixoloji gərgin durumla Bayıl təmsilçisini dayandırmaq çətin görünmür?
İspaniyalı müdafiəçinin cavabını eşidək:
“Hər kəs tam olaraq bu oyuna köklənib. Bəlkə də əvvəlki oyunlarda bu, müşahidə edilmirdi.
Amma “Kəpəz”lə oyundan sonra komanda tamamilə növbəti matça köklənib. Başa düşürük ki, turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil.
Bu vəziyyətdən çıxmağa çalışırıq. İnanıram ki, ”Səbail”lə qarşılaşma dönüş nöqtəsi olacaq”.