"Sabah"ın Avropa PLANI - Murad Musayev nə planlaşdırıb?

31 May 2023 21:00 Sabah 1 354
"Sabah"ın Avropa PLANI - Murad Musayev nə planlaşdırıb?

Azərbaycan Premyer Liqası 2 gün əvvəl başa çatdı.

Uğurlu mövsüm keçirən "Sabah" tarixində ilk dəfə ölkəmizi avrokuboklarda təmsil edəcək.

Sezonu gümüş medalla başa vuran Masazır təmsilçisi Avropa Konfrans Liqasında iştirak edəcək.

Artıq komandamızın Avropa arenasında uğurlu olması üçün hazırlıq planı da məlum olub.

Belə ki, Murad Musayevin yetirmələri iyunun 21-də Bakıda yığışacaq.

Paytaxtda təxminən 2 həftəlik hazırlıq nəzərdə tutulub. Bunun bir hissəsi Qəbələdə də ola bilər.

İyulun 6-da isə kollektiv Avstriyaya yola düşəcək.

"Tələbələr"in ölkə xaricində toplanışı da 2 həftə davam edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti