Dövlət Vergi Xidməti onun ölkədən çıxışına “stop” qoyulmasını istəyir – Borca görə

26 May 2023 13:40 Sabah 806
Dövlət Vergi Xidməti onun ölkədən çıxışına “stop” qoyulmasını istəyir – Borca görə

Azərbaycan Respublikası Dövlət Vergi Xidməti daha bir əcnəbi futbolçunun ölkədən çıxışına məhdudiyyət qoyulmasını istəyir.

Sportinfo.az xəbər verir ki, bu, ötən ilin mayında “Sabah”dan ayrılmış Spiro Perişiçdir.

Xorvatiyalı 2021-2022-ci illərdə Azərbaycan çempionatında çıxış edib.

Dövlət Vergi Xidmətinin 2 saylı ərazi Vergilər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət ünvanlayaraq, vergi ödəyicisi olan balkanlı müdafiəçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatın qoyulmasını xahiş edib.

Onun dövlətə 5758.55 manat həcmində vergi borcu yaranıb. Perişiçin ölkədən çıxışına “stop” qoyulub-qoyulmaması kommersiya məhkəməsinin qərarından aşlı olacaq.

Periçiç karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets” (2012/2013), “Solin” (2013/2014), “Duqopolye” (2013-2015, 2015-2017), “Slaven Koprivnitsa” (2014/2015), “Çibaliya” (2017/2018), Sloveniyanın “Mura” (2018/2019) və “Maribor” (2019-2021) komandalarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti