Bəxtiyarın ŞANS GİLEYİ

24 May 23:00 Sabah 515
Bəxtiyarın ŞANS GİLEYİ

"Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalizadə Sportinfo.az-a açıqlama verib.

30 yaşlı futbolçu Premyer Liqanın 35-ci turunun "Zirə" ilə bərabərə bitən (0:0) qarşılaşmasını dəyərləndirib:

"Oyun çətin keçdi. "Zirə" komandasına qələbə lazım idi. Biz də qalib gəlmək istəyirdik.

İlk hissə elə də fəal ola bilmədik, ancaq ikinci hissədə oynumuzu nisbətən düzəldə bildik. Düşünürəm ki, oyunun bərabərə bitməsi ədalətli oldu".

Masazır klubu 12 oyundan sonra ilk dəfə meydanı qol vurmadan tərk etdi. Sonuncu dəfə eyni hal "Turan"la elə Masazırda baş tutan matçda (0:2) yaşanmışdı.

Həsənalizadə bunu rəqibin yaxşı müdafiə olunması ilə izah edib:

"Rəqib yaxşı müdafiə olundu, ancaq ikinci hissədə kifayət qədər şanslarımız olsa da, bunlardan yararlana bilmədik. Qol vura bilməsək də, qapımızdan da qol buraxmadıq".

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu