"Qarabağ"a kömək lazımdırsa, Qurban Qurbanovla danışa bilərik"

17 Mart 2023 12:40 Sabah 1 221
"Qarabağ"a  kömək lazımdırsa, Qurban Qurbanovla danışa bilərik"

"Klub rəhbərliyi "Beşiktaş"la danışıqlar aparır. Oyun çox güman ki, aprelin sonlarında olacaq".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Bakıda "Beşiktaş"a qarşı keçirilməsi nəzərdə tutulan xeyriyyə matçı barədə açıqlamasında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, milli komandaların matçları ilə bağlı yaranan fasilə zamanı belə bir oyun oynamağa hazır deyillər:

"Çünki çox futbolçumuz yığmalara gedəcək. Hər halda bu cür görüşü əsas heyətlə keçirmək istərdik".

Daha əvvəl "Qarabağ" martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bildirib ki, İstanbul təmsilçisi ilə oyun üçün Premyer Liqanın digər komandalarından futbolçu götürə bilərlər.

Musayev bu məsələdə "köhlən atlar"a kömək etməyə hazır olduqlarını vurğulayıb: "Qarabağ"a heyətlə bağlı kömək lazımdırsa, bu barədə Qurban Qurbanovla danışa bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi