İspaniyalı “Qarabağ”ı nişan verdi, ”tələsməyək” dedi

10 Mart 2023 17:40 Sabah 3 635
İspaniyalı “Qarabağ”ı nişan verdi, ”tələsməyək” dedi

“Fikrimcə, bu mövsüm “Qarabağ”a qarşı bütün oyunları yaxşı səviyyədə keçirmişik“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah“ın müdafiəçisi Con İranzabal deyib.

Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev bir müddət əvvəl mətbuata etdiyi etirafla diqqət mərkəzinə düşdü.

Belə ki. rusıiyalı çalışdırıcı "Qəbələ" ilə oyundan sonra “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq istərdim” dedi.

Komandanın hazırkı heyətinin buna gücü çatar? Conu dinləyək:

“Öz üzərimizdə çalışmağa davam etməliyik. Baş məşqçimizin də həmişə dediyi kimi, biz hər növbəti oyunumuza köklənməliyik.

Mövsümün başa çatmasına hələ xeyli var. Hət tur sürpriz nəticələr qeydə alınır.

“Qarabağ“ hazırda liderdir, ancaq onların çempionluğundan danışmaq hələ tezdir. Düşünürəm ki, bu mübarizə son tura kimi davam edəcək“.

Digər Xəbərlər
Xəbər Lenti