COP29

“Sabah”ın məşqçisi "Qarabağ"a işarə etdi, dedi ki…

23 Noyabr 2022 20:20 Sabah 1 491
“Sabah”ın məşqçisi "Qarabağ"a işarə etdi, dedi ki…

"Sabah" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"ı 5:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra Premyer Liqa təmsilçisinin məşqçisi Vitali Korneyev jurnalistlərin suallarını cavablandırıb:

- Heyətdə rotasiyalar etmişdik. Oyun bizim diqtəmiz altında keçdi. Az oynayan futbolçulara özlərini göstərmək üçün fürsət verdik. Bəzi şeylər istədiyimiz kimi alınmasa da, nəticədən razıyıq.

- İkinci hissədə gənclərə şans verdiniz. Onları ilk hissədə niyə meydana buraxmadız?

- Biz bu matça elə-belə oyun kimi baxmırdıq. Ona görə də gənc futbolçulara ikinci hissədə şans verdik. Matçın çətin olacağını düşünürdük. Səbəb budur.

- Daha çox standart vəziyyətlərdən qol vurmağa çalışırdız. Bunun səbəbi nədir?

- Düzdür standard vəziyyətdən qol vurduq. Amma oyunu bunun üzərində qurmamışdıq. Cinahdan asmalar edirdik. Standart vəziyyətlər futbolun bir hissəsidir. Bunu oyundan çıxarmaq olmaz.

- Çempionatın növbəti turunda "Səbail"lə qarşılaşacaqsız. Bu oyun haqda nə düşünürsüz?

- Biz azarkeşlər üçün oynayırıq. Çempionat və ya kubok matçının fərqi yoxdur. Rəqibin "Qarabağ", "Səbail" və ya başqası olmasından asılı olmayaraq qələbə qazanmaq üçün oynayırıq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"