“Sabah” yarımmüdafiəçisi Ayaz Quliyevlə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ayaz 2023-cü ildən “Sabah”da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib. Paytaxt təmsilçisi futbolçuya təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
"Sabah" bunadək Neqoş Kupusoviç və Boyan Letiçlə də vidalaşıb.
A.Quliyevin Rusiya "Arsenal"ına keçəcəyinə dair xəbərlər yayılıb.

