«Sabah» ilk turdan təxirə salınmış oyunda «Qarabağ»a qalib gələrək, Premyer Liqada liderliyi ələ aldı.
Leandro Andradenin ilk hissənin əvvəlində məğlub duruma düşən «bayquşlar» fasilədən sonra Coy Lens Mikels və Aron Maludanın vurduğu qollarla 3 xalı qazanan tərəf oldu və turnir cədvəlində ilk pilləyə yüksəldi.
Yayılan xəbərlərə görə, Masazır təmsilçisi bu münasibətlə komandaya böyük miqdarda mükafat paylayıb. Hər futbolçuya düşən məbləğin 3000 manat olduğu deyilir.
Lakin klubdan bu məlumatı saytımıza təsdiq etməyiblər. Bildirilib ki, burada mükafatlandırma sistemi Premyer Liqanın digər iştirakçılarıyla müqayisədə fərqlidirö.
Belə ki, «Sabah»da «ənam» prinsipi bir deyil, ardıcıl bir neçə oyunun nəticəsinə görə müəyyənləşdirilir. Bu gün «Sumqayıt»la keçiriləcək səfər matçından sonra həmin rəqəm konkretləşəcək.
Valdas Dambrauskasın çalışdırdığı kollektiv Premyer Liqanın 16-cı tur qarşılaşmasında qalib gələrsə, qış çempionu olacaq.
SPORTİNFO.AZ

