Premyer Liqa klubu baş məşqçi postuna namizədi Azərbaycana gətirdi

24 Oktyabr 2021 12:40 Sabah 2 586
Premyer Liqa klubu baş məşqçi postuna namizədi Azərbaycana gətirdi

«Sabah» Premyer Liqanın 8-ci turuna yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq.

Ramin Quliyevin istefasından sonra namizəd axtarışına start verən Masazır təmsilçisi istədiyini tapıb.

Həmin şəxs əcnəbidir və o, artıq Azərbaycana gəlib. Dünən gecə saatlarında Bakıya ayaq basan çalışdırıcı klubun Masazırda yerləşən bazasını gəzəcək və rəsmilərlə görüşəcək.

Əslində, tərəflərin maliyyə şərtlərinin razılaşdırmaqda bir probleminin ortaya çıxması gözlənilmir. Bunlar zatən danışıb. Əsas məsələ qarşıya qoyulan hədəflərin üst-üst düşməsidir.

Premyer Liqanın ilk 8 həftəsində 4 xal toplayan «Sabah» avrokuboklara vəsiqə qazanmaq iddiasındadır. İşdir, xarici mütəxəssis şəraitlə tanış olandan sonra bu məsuliyyəti üzərinə götürsə, onunla 1+1 illik müqavilə imzalanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti