"Onun meydana çıxmasında heç bir problem qalmadı" - "Sabah"dan

28 Avqust 2021 20:00 Sabah 821
"Onun meydana çıxmasında heç bir problem qalmadı" - "Sabah"dan

"Sabah"ın yay transfer dönəmində heyətinə qatdığı Kristian Sebalyosla bağlı yaranmış sənəd problemi öz həllini tapıb.

Bu barədə Sportinfo.az-a komandanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ispaniyalı yarımmüdafiəçinin lazım olan bütün sənədləri artıq kluba göndərilib. Onun Premyer Liqanın növbəti turunda "Qəbələ"yə qarşı meydana çıxması üçün heç problem yoxdur.

28 yaşlı oyunçunun transferi 8 avqust rəsmiləşsə də məlum problemə görə, o, Premyer Liqanın arxada qalan hər iki turunu da kənardan izləməli olub.

“Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos, karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/16), Portuqaliyanın “Aroka” (2013/14), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qatar” (2020/21) klublarında çıxış edib.

Kristian “Sabah”da 11 nömrəli formada çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti