
Sloveniyada yaşayan azərbaycanlılar "Sabah" klubuna müraciət ediblər.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, həmyerlilərimiz komandanın sözügedən ölkədə keçirəcəyi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı kluba müraciət ünvanlayıblar:
"Bizi dəstəkləyəcək azarkeşlərin sayı oyun günü dəqiqləşəcək. Sloveniyada yaşayan həmyerlilərimizdən müraciət edənlər var. Amma yekun say oyun günü dəqiq bilinəcək".
"Sele" - "Sabah" oyunu iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.