“Azərbaycan klubundakı işimlə qürurlanıram" - Murad Musayev

03:40 Sabah 811
“Azərbaycan klubundakı işimlə qürurlanıram" - Murad Musayev

“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev Azərbaycanda işlədiyi dövrdən danışıb.

Sportinfo.az xəbər verir ki, hazırda Rusiyanın “Krasnodar” klubunu çalışdıran mütəxəssis "Sport Ekspress"ə açıqlamasında "Sabah"dakı işi ilə fəxr etdiyini bildirib:

“Mən Azərbaycana gedəndə biz orada çoxlu yeni şeylər sınamağa başladıq. Təzə ideyalar, emosiyalar, əla nəticələr ortaya çıxdı.

Bu işlə qürurlanıram. Çünki "Sabah" indi ölkədə böyük klub sayılır və artıq Vasili Beresutski ilə kuboku qazandıqdan sonra üçüncü dəfə avrokuboklarda oynayacaq",

Rusiyalı mütəxəssis "Sabah"ı yuxarı pillələrə qaldırdığını da xatırlayıb: "Mən komandaya gedəndə "Sabah" sonuncu yerdə idi.

Mövsümün sonunda isə beşinci yeri tutduq. Növbəti mövsümdə isə artıq gümüş medal qazandıq.

Gözəl futbol oynayaraq və hibrid sxemlərlə bunu etdik. Bunların hamısından keçmək lazım idi – çətinliklər, şübhələr. "Krasnodar"a qayıtmaq çox çətin oldu.

Bunlardan hamısından keçməli idik ki, uğura çata bilək".

Murad Musayev 2021-2024-cü illərdə "Sabah"ı çalışdırıb. "Krasnodar" ötən mövsüm Musayevin rəhbərliyi altında tarixində ilk dəfə Rusiya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti