
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Sele" ilə üz-üzə gələcək "Sabah"ın Sloveniyaya səfər proqramı bəlli olub.
Sportinfo.az xəbər verir ki, komanda iyulun 16-da səhər saatlarında çarter reysi ilə sözügedən ölkəyə yollanacaq.
Baş məşqçi Valdas Dambrauskasın iştirakı ilə matçdan əvvəl mətbuat konfransı həmin gün yerli vaxtla saat 18:30-da başlayacaq.
İlk 15 dəqiqəsi açıq olacaq məşq isə saat 19:00-da görüşün keçiriəcəyi stadionda gerçəkləşəcək.
"Sabah" qarşılaşmadan dərhal sonra Bakıya yola düşəcək.
"Sele" - "Sabah" oyunu iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.