"Sabah" yoxlanışa iki futbolçu çağırdı - SON DƏQİQƏ

26 İyul 2021 11:20 Sabah 1 442
"Sabah" yoxlanışa iki futbolçu çağırdı - SON DƏQİQƏ

Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən "Sabah" yoxlanışa 2 futbolçu dəvət edib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, onlardan biri Azərbaycan əsilli rusiyalı İlqar Ələkbərovdur.

20 yaşlı vinger hazırda azad agentdir. O, Rusiya U-18 millisində də çıxış edib.

Digər futbolçu isə gürcüstanlı Mikheil Ergemlidzedir. 21 yaşlı hücumçu son mövsümü "Adana Dəmirspor"da keçirib. Gürcüstanın aşağıyaş qruplarında oynamış gənc futbolçu "Dinamo" Tbilisi klubuna məxsusdur.

Hər iki futbolçunun bu gün 19:00-da baş tutacaq "Sabah" - "Telavi" yoldaşlıq görüşündə meydanda olacaqları gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti