Daha bir klubumuz ölkə xaricində toplanış keçəcək

22 İyun 2021 22:20 Sabah 1 145
Daha bir klubumuz ölkə xaricində toplanış keçəcək

"Sabah"ın hazırlıq planı məlum olub.

Bu barədə Sportinfo.az-a açıqlamasında Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib: "Komanda iyulun 1-də toplaşacaq. Toplanışın ilk iki həftəsi Bakıda baş tutacaq. Hazırlığın ikinci mərhələsinin ölkə xaricində baş tutması planlaşdırılır. Komandanın hansı ölkəyə yollanacağı yaxın vaxtlarda dəqiqləşəcək".

Xatırladaq ki, "Sabah" son mövsümü 29 xalla 5-ci yerdə tamamlayıb və bu səbəbdən avrokuboklara getməkdən məhrum olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!