“Sabah”da 6-cı ayrılıq

31 May 2021 13:20 Sabah 929
“Sabah”da 6-cı ayrılıq

“Sabah”da daha bir futbolçu ilə bağlı qərar verilib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Dmitro Klotsla yollar ayrılıb.

Bu ilin fevralında paytaxt təmsilçisinə qoşulan ukraynalı oyunçunun müqavilə müddəti başa çatıb.

Məşqçilər korpusu Klotsla yeni sözləşmə imzalamağa ehtiyac duymayıb. 25 yaşlı futbolçu geridə qalan mövsüm 6 oyunda iştirak edib.

Buna qədər Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete və Kevin Kubemba ilə vidalaşan “Sabah” hələlik yalnız “Zirə”dən Elvin Camalovu heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI