"Belə bir təklif olsa, kluba müraciət olunacaq" - Bəhlul Mustafazadədən "Neftçi" açıqlaması

15 May 2021 20:20 Sabah 1 443
"Belə bir təklif olsa, kluba müraciət olunacaq" - Bəhlul Mustafazadədən

Millinin və "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə adının "Neftçi" ilə hallanmasına münasibət bildirib.

O, Sportinfo.az-ın əməkdaşıyla söhbətində "Mənim "Sabah"la müqaviləm var" deməklə kifayətlənib.

Bəhlul "xarici klublardan yeni təkliflər varmı" sualına isə belə cavab verib:

"Xaricdən təklif olub-olmaması barədə onu deyə bilərəm ki, klubla müqaviləm olduğundan, belə bir təklif olsa kluba müraciət olunacaq. Mən hazırda nə "Neftçi"dən, nə də xaricdən gələn təkliflərlə bağlı yox, yalnız "Sabah" barədə düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi
20 Dekabr 00:30 "Qarabağ"dan 3 XƏBƏR