"Vaxt lazımdır ki, hər şeyi tam otuzduraq" - "Sabah"ın baş məşqçisi

10 Aprel 2021 20:40 Sabah 686
"Vaxt lazımdır ki, hər şeyi tam otuzduraq" - "Sabah"ın baş məşqçisi

"Maraqlı və baxımlı oyun keçdi. Futbola aid hər şey var idi. Çoxlu qol imkanlarımız arandı.

Baxmayaraq ki, heç-heçə oldu. Meydandakılar futbola aid hər şeyi göstərdi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın XXII turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis komandaya vaxt lazım olduğunu bildirib: "Vaxt lazımdır ki, hər şeyi tam otuzduraq. Bunun üzərində daha çox çalışmalıyıq ki, problemi aradan qaldıraq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu