Dağlıq Qarabağda futbolun bərpasına dair YENİ TƏDBİRLƏR PLANI İŞLƏNİR

11 Noyabr 2020 11:40 Region Liqası 1 262
Dağlıq Qarabağda futbolun bərpasına dair YENİ TƏDBİRLƏR PLANI İŞLƏNİR

AFFA bugünlərdə açıqladı ki, müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən komandalar yaradılacaq.

Komandalar növbəti mövsümdən etibarən, federasiyanın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirində iştirak edəcək.

AFFA bu xəbəri noyabrın 8-də yaydı. Sportinfo.az isə hələ oktyabrın 15-də ictimaiyyəti qurumun planı barədə məlumatlandırmşdı.

Həmin informasiyada bildirmişdik ki, bütün bu məsələlər AFFA prezidenti Rövnəq Abdullayevin şəxsi nəzarətindədir (https://www.sportinfo.az/idman_xeberleri/azerbaycan_futbolu/95047.html).

Redaksiyamıza daxil olan yeni bilgiyə görə, Dağlıq Qarabağda futbol infrastrukturunun bərpasına dair tədbirlər planının hazırlanmasına dair göstəriş verilib.

Planın işlənilməsinə dövlət səviyyəsində nəzarət ediləcək. Bundan irəli gələn maliyyə məsələlərini SOCAR tənzimləyəcək.

Layihənin konturları və icra mexanizmi qarşıdakı 5 ayda dəqiqləşdirilməli, baxılması üçün müvafiq dövlət strukturlarına təqdim olunmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti