İşğaldan azad edilən rayonların klubları Premyer Liqada - AFFA-dan SÜRPRİZ PLAN!

15 Oktyabr 2020 22:00 Azərbaycan Futbolu 2 864
İşğaldan azad edilən rayonların klubları Premyer Liqada - AFFA-dan SÜRPRİZ PLAN!

AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqanın simasını dəyişməyə hazırlaşır.

Sportinfo.az bu barədə məlumatı federasiyadan əldə edib.

Qurumdan redaksiyamıza ötürülən informasiyaya görə, R.Abdullayev elita klublarının sayının artırılması və bu istiqamətdə tədbirlər planının işlənməsinə dair tapşırıq verib.

Həmin tapşırıq artıq işğaldan azad edilən və yaxınlarda azad edilməsi gözlənilən rayonların Premyer Liqada təmsil olunmasına dairdir.

Belə ki, AFFA rəhbəri Cəbrayıl başda olmaqla, Dağlıq Qarabağ və ətraf rayonların şərəfini qoruyacaq yeni klubların yaradılması üçün çalışmaların başlanılmasını istəyib.

Planda dəyişiklik edilməsə, artıq gələn mövsüm bu bölgənin komandalarını I Divizionda görəcəyik. 2022-ci ildə isə Premyer Liqada iştirak edəcəklər.

İdeyaya əsasən, onlar ilk vaxt ev oyunlarını Azərbaycanın başqa-başqa regionlarında keçirəcək. Bu müddətdə isə işğaldan azad olunan (olunacaq) rayonlarda idman infrastrukturunun bərpa edilməsinə zaman ayrılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!