İki bölgə komandası yenidən ölkə çempionatına qayıtdı - FOTO

24 Sentyabr 09:50 Region Liqası 3 078
İki bölgə komandası yenidən ölkə çempionatına qayıtdı - FOTO

Region Liqasının növbəti mövsümündə təmsil olunacaq rayonların siyahısı genişlənib.

«Göyəzən» (Qazax) və «Neftçala» gələn ay start götürəcək çempionatda mübarizə aparacaq.

2023/24-ci il mövsümünün püşkatma mərasimi oktyabrın əvvəlində keçiriləcək.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana» və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"