AFFA problemi həll etdi - Region Liqası başlayır!

23 Noyabr 2023 09:40 Region Liqası 1 809
AFFA problemi həll etdi - Region Liqası başlayır!

Region Liqasında yeni mövsümün nə vaxt start götürəcəyi dəqiqləşib.

Çempionatın ilk turu bu həftəsonu - noyabrın 25-26-sı aralığında keçiriləcək.

AFFA-dan redaksiyamıza verilən məlumata görə, yarışın nəzərdə tutulan vaxtdan xeyli gec başlaması texniki cəhətdən yaranmış problemlərlə əlaqədardır.

Federasiya turnir iştirakçılarını müxtəlif inventarlarla təhciz etməyi öz üzərinə götürüb ki, onlarla şirkət arasında bağlanmış müqavilənin şərtlərinin icrası müəyyən səbəblərdən yubanıb.

Belə ki, şirkət komandaların forma və digər geyim dəstləri ilə təminatını gecikdirib.

Digər tərəfdən isə çempionatda qüvvəsini sınayacaq klublar sənədləşmə prosedurunu vaxtında tamamlaya bilməyib.

Məsələ ondadır ki, AFFA ötən mövsümdən etibarən yeni qayda qoyub - liqada mübarizə aparacaq kollektivlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində verci uçotundan keçməli, MMC olaraq qeydiyyata alınmalıdırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”