
Azərbaycanda daha bir klub fəaliyyətini bərpa edib.
1990-cı ildə yaradılmış «Ümid» yendən futbol aləminə öz qədəmlərini basıb.
Saatlı təmsilçisi növbəti sezona Region Liqasında başlayacaq.
Tezliklə 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək.
Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır.
Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Ağstafa gəncləri“, “Ərgünəş“, “Şimal”, "Masallı", “Bərdə”, "Qala", “Balakən” və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.
Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.
Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala”, «Qobustan», «Lokomotiv» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.
SPORTİNFO.AZ