Region Liqasında hərc-mərclik - Hakimi təhqir etdilər, 5 oyun cəza aldılar

27 Yanvar 02:40 Region Liqası 965
Region Liqasında hərc-mərclik - Hakimi təhqir etdilər, 5 oyun cəza aldılar

İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altnda keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “Ərgünəş” (Füzuli) – “Mil” (Beyləqan) oyununda “Ərgünəş” komandasının rəsmisi Atəm Ağayev qarşılaşmanın 35-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.

Region Liqasının “Araz” (İmişli) – “Ümid” FK (Saatlı) oyununda “Ümid” FK komandasının heyətində 9 nömrəli futbolçu Nurlan İsayev qarşılaşmanın 84-cü dəqiqəsində təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb.

Region Liqasının “Hacıqabul” FK – “Olimpiya” FK (Ağcabədi) oyununda “Olimpiya” FK komandasının baş məşqçisi Namiq Quliyev qarşılaşmanın 70-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.

Region Liqasının Veteran Tankçılar Gəncə-“Bərdə” FK oyununun 90+2-ci dəqiqəsində Veteran Tankçılar Gəncə komandasının heyətində əvəzetmə limiti pozulduğu üçün Veteran Tankçılar Gəncə komandasına xəbərdarlıq edilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Fevral 17:50 Çək və bizə göndər!
23 Fevral 13:40 Tanrının ikinci qolu...