Azərbaycanda komanda 250 manata görə doğma rayondan qaçaq düşdü - ŞİKAYƏT VAR

20 Yanvar 23:40 Region Liqası 1 424
Azərbaycanda komanda 250 manata görə doğma rayondan qaçaq düşdü - ŞİKAYƏT VAR

Region Liqasında ilk mövsümünü keçirən "Qala" maliyyə çətinliyi ilə üzləşib.

Yeni yaradılan və Goranboyu təmsil edən klub bununla bağlı açıqlama yayıb.

Qərb zonasında yarışan debütant yerli rəsmi dairələrin onlara laqeyd münasibətindən şikayətlənib:

"Qala"FK 2023-cü ildə Goranboyda yerləşən "Qala" İdman Klubu və goranboylu futbolçu Ceyhun Əhmədov tərəfindən yaradılıb.

Ancaq yaradılandan bu yana kluba maddi dəstək yoxdur. "Qala" onu yaradanların maddi dəstəyi hesabına bugünə qədər saxlanılıb.

Digər region klublarına baxırsan, rayonun rəhbərliyi, deputatı və digər imkanlı şəxslər öz rayonlarının klubuna dəstək olur, ayaqda saxlayırlar.

Azərbaycanda komanda 250 manata görə doğma rayonda qaçaq düşdü - ŞİKAYƏT VAR

Goranboy Rayon İcra Hakimiyyətiisə… Rayonun iki deputatı - Anar Məmmədov və Ağalar Vəliyev sizin seçicilərinizdir o uşaqların hər biri.

Rayonun idman idarəsi, niyə kluba sahib çıxmırsız? Sizin xəbəriniz olmadan, dəstəyiniz olmadan rayonda uşaqlar belə bir təşəbbüs yaradıblar.

Ona sahib çıxmaq lazımdır. Goranboyumuza sahib çıxmaq lazımdır.

Heç olmasa, bir dəfə olsun, bu rayona dəstək olun, sahib çıxın.

Biabırçılıq bilirsiz nədir?

Goranboyun futbol klubu ev oyunlarını Goranboy Olimpiya İdman Kompleksində keçirə bilmir. Çünki 250 manat ödəniş tələb olunur. Rəhbərlik bu məsələni danışıb həll edə bilmir?".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"