"Sponsorumuz yoxdur, maaş verə bilmirik, müraciət edəcəyik ki…"

19 Yanvar 16:00 Region Liqası 1 995
"Sponsorumuz yoxdur, maaş verə bilmirik, müraciət edəcəyik ki…"

«Komandamızın heç bir sponsoru yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Lənkəran»ın həmtəsisçisi Rəhman Abbasov deyib.

Cari mövsümdən Region Liqasının cənub zonasında mübarizə aparmağa başlayan debütantın funksioneri maliyyə çətinliyi şəraitində fəaliyyət göstərdiklərini bildirib:

«Heç bir qurumundan, şirkətdən, iş adamından dəstək almırıq. Komandanı öz daxili imkanları hesabına yaratmışıq və yaşadırıq.

Nə əməkhaqqı verə bilirik, nə də mükafat. Amma komandamız Lənkəranın adından çempionatda iştirak etdiyindən, gözləyirdik ki, əlavə yardım alacağıq.

Belə bir təklif edən də olmayıb. Respublikamızda fəaliyyət göstərən şirkətlərə yaxınlarda rəsmi surətdə müraciət edəcəyik.

Siyahı tutmuşuq, hamısına məktub göndərəcəyik. Bəlkə onlardan kimsə, kimlərsə «Lənkəran»la əməkdaşlıq etmək istədi.

Klubumuz Region Liqasına qatılmasaydı, şəhərimiz yenə böyük futbolsuz qalacaqdı.

Bu, böyük məsuliyyətdir. Lənkəran elə yerdir ki, hamı futbol azarkeşidir. Kömək olsa, yaxşı işlər görə bilərik.

Lənkəranda istedadlı uşaq və yentyetmələr çoxdur. Burada böyük akademiya yaratmaq olar.

Hər şey yenə də gəlib maliyyəyə bağlanır. Ümidsiz deyilik».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!