AFFA Region Liqasını ləğv edib, III Liqanı yaradır?

1 Yanvar 2024 23:20 Region Liqası 5 424
AFFA Region Liqasını ləğv edib, III Liqanı yaradır?

Növbəti mövsümdən etibarən Region Liqasının keçirilməyəcəyinə dair xəbərlər yayılıb.

İddia olunur ki, AFFA 5 ildir təşkil etdiyi çempionatın səviyyəsindən narazıdır və onun bazasında III Liqada yaraıdlması planı üzərində işləyir.

Bildirilir ki, bu yarışın qalibi 2025-ci ildə II Liqaya vəsiqə qazanacaq, ikinci yeri tutan komanda 9-cu yerin sahibi ilə pley-off mərhələsində üz-üzə gələcək.

O da deyilir ki, federasiya III Liqanı zonalar üzrə keçirəcək və hər iştirakçıya aylıq 5000 manat ödəyəcək.

AFFA-dan bu məlumatı redaksiyamıza təsdiq etməyiblər. Verilən məlumatda qeyd olunub ki, hazırda III Liqanın yaradılması gündəmdə deyil.

Digər tərəfdən isə Region Liqasının keçirilməsi UEFA-nın kriteriyalarına uyğundur.

Çünki qitə futbol qurumu həvəskar statuslu klublar üçün hər il Regionlar Liqası düzənləyir və hər ölkənin çempionu bu turnirdə qüvvəsini sınayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!