COP29

Bu bölgənin komandaları AFFA-nın təşkil etdiyi liqada mübarizə aparmayacaq – SON DƏQİQƏ

1 Dekabr 2023 15:00 Region Liqası 1 910
Bu bölgənin komandaları AFFA-nın təşkil etdiyi liqada mübarizə aparmayacaq – SON DƏQİQƏ

Naxçıvan Futbol Federasiyası (NFF) yeni qərar verib.

Buna əsasən, Muxtar Respublika bu mövsüm Region Liqasında təmsil olunmayacaq.

NFF AFFA tərəfindən təşkil edilən çempionatın zona üzrə yarışlarını keçirməməyi lazım bilib. Bu qərarın hansı səbəbdən verilməsi hələlik dəqiq məlum deyil.

Ancaq ehtimal etmək olar ki, imtinanın kökündə maliyyə məsələləri dayanır. Hər halda müvafiq araşdırma aparacağıq.

Region Liqasında yeni mövsüm ötən həftəsonu start götürüb.

Müxtəlif amillər üzündən gec başlayan yarışın ilk həftəsində yalnız paytaxt və şimal bölgəsinin təmsilçiləri meydana çıxıb. Digər 4 zonada qüvvəsini sınayan komandalar bu həftə açılış edəcək.

Beşinci ildir keçirilən Region Liqasının reqlamentinə əsasən, Naxçıvan üzrə turnirin qalibi yarımfinal mərhələsindən etibarən mübarizəyə qoşulur. Artıq belə olmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"