Lənkəranın icra başçısı yeni yaradılan klubla bağlı vəd verdi

22 Noyabr 2023 14:40 Region Liqası 2 984
Lənkəranın icra başçısı yeni yaradılan klubla bağlı vəd verdi

«Klubumuzun «Xan Lənkaran» FK-nın təsisçisi və prezidenti Pərviz Hüseynovla heç bir baglantısı yoxdur».

«Lənkəran»FK-dan Sportinfo.az-a verilən açıqlamada belə deyilir.

Yeni yaradılan komanda Region Liqasında mübarizə aparacaq. Cənub zonasında qüvvəsini sınayacaq debütantın məqsədi bölgədə futbolu inkişaf etdirmək, gənclərə yol açmaqdır,

Açıqlamada daha sonra bildirilir:

«Komanda Lənkaran rayonunun Mamusta kəndində formalaşib. Heyətimiz Lənkaran və digər rayonlardan olan futbolçulardan ibarətdir.

Məşqlər Lənkəran rayonunun Daşdalijor kəndinin inzibati ərazisində yerləşən stadionda keçirilir. Oyunlarımız Lənkaran Olimpiya İdman Kompleksində olacaq.

Məqsədimiz Lənkərana futbolun qayıtması və paralel olaraq, uşaq və qız futbolunu inkişaf etdirməkdir. Klubun hər hansı bir sponsoru yoxdur.

Bir nəçə gün oncə Lənkəran rayonunun icra başcısı Taleh Qaraşovla görüş keçirilib. İcra başçısı atdığımız addımın təqdirəlayiq oldugunu bildirib,

Lənkərana futbolun gəlməsi ücün dəstək olacağını deyib. Gorüş zamanı futbolun inkişafı, gənclərin gələcəyinin saglam böyüməsi, icra başcısının dəstəyi ilə müəyyən tədbirlərin keçirilməsi müzakirə olunub.

Taleh Qaraşov öz tövsiyələrin verib, gələcəkdə klubun yanında olacağını bıldirib. Biz bu görüşə görə icra başcısına öz təşəkkürümizi bildiririk.

Komandada olan futbolçular Lənkaran futbolu naminə sozün əsl mənasında fədailik göstərirlər. Sırf bu niyyətlə yola çıxıblar.

Bir neçə futbolçuya Birinci Liqa və Region Liqası klublarından təklif gəlsə də, həmin pullardan imtina ediblər. Onlar Lənkarana futbolun gəlməsi üçün pulsuz tər tökməyi üstün tutublar».

Digər Xəbərlər
Xəbər Lenti