Region Liqasının hələ də başlamamasının ŞOK SƏBƏBİ!

20 Noyabr 2023 23:00 Region Liqası 872
Region Liqasının hələ də başlamamasının ŞOK SƏBƏBİ!

Azərbaycanda Region Liqasının startı yubanır.

2023-24 mövsümünün püşkatma mərasimi oktyabrın 19-da atıllb, açılış turunda üz-üzə gələcək komandaların adları müəyyənləşib.

Həmin vaxt çempionatın yaxın zamanda başlayacağı deyilmişdi.

Üstündən 1 ay keçsə də, gözlər yolda, qulaqlar səsdədir. Komandalar AFFA-da gəlməli olan siqnalı gözləyir ki, mövsümə başlasınlar.

Hərə bir ehtimal irəli sürür. Bir qrup şəxs təşkilatçıların stadion çatışmazlığına görə “baş sındırdığını” düşünür, digərləri hakim sayının azlığının problem yaratdığını iddia edir.

Sportinfo.az gecikmənin səbəbi ilə bağlı şok məlumat əldə edib.

Region Liqasının başlamasına əngəl olan amil komandaların geyim dəstləri ilə təmin olunmamasıdır.

Belə ki, iştirakçıların formaları AFFA tərəfindən qarşılanır. Geyim dəstləri isə ölkə xaricindən gətirilir. Əslində gətirilib də.

Sadəcə, bir neçə həftədir gömrükdə sənədləşmə ilə bağlı çətinliklər yarandığından, formaların ölkə ərazisinə keçirilib assosiasiyaya təhvil verilməsi prosesi yubanır.

Problemin konkret nə vaxt həll olunacağını bilən yoxdur. Məhz bu səbəbdən Region Liqasının növbəti mövsümünün hansı tarixdə başlayacağı naməlumdur.

Geyim dəstləri AFFA-ya çatan kimi hakimlərin start fiti səslənəcək. Bu ay da olmasa, ilin sonuncu ayında mütləq səs çıxacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti