Tanınmış azərbaycanlı futbolçu doğma rayonunun komandasına bu cür kömək oldu

16 Noyabr 2023 01:20 Region Liqası 1 683
Tanınmış azərbaycanlı futbolçu doğma rayonunun komandasına bu cür kömək oldu

"Səbail"in və Azərbaycan millisinin müdafiəçisi Yusif Nəbiyev alicənab addımı ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu Region Liqasında mübarizə aparan "Ağstafa Gəncləri"nə dəstəyini nümayiş etdirib.

Bu barədə komandanın baş məşqçisi Şahin Kərimov öz sosial şəbəkə hesabında məlumat verib.

Ağstafadan olan futbolçu doğma rayonunun komandasına qapıçı əlcəyi hədiyyə edib. Baş məşqçi Şahin Kərimov millimizin üzvünə təşəkkürünü bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu