Vüqar Nadirovun yaratdığı klubla bağlı YENİ MƏLUMAT üzə çıxdı

9 Noyabr 2023 21:00 Region Liqası 2 255
Vüqar Nadirovun yaratdığı klubla bağlı YENİ MƏLUMAT üzə çıxdı

Region Liqasında mübarizə aparacaq klubların sırasında “Hypers” də var.

Bir müddət əvvəl yaradılan klub paytaxtı təmsil edir və baş məşqçisi yaxın keçmişdə Azərbaycanın tanınmış futbolçularından olmuş Vüqar Nadirovdur.

Klubun sponsoru ölkədə sayılıb-seçilən şirkətlərdən biridir. Yaxın zamanlarda daha bir şirkətlə də müqavilə bağlanacağı gözlənilir.

Yeri gəlmişkən, klub rəhbərliyi və baş məşqçi Vüqar Nadirov yaxın günlərdə jurnalistlərin önünə çıxacaq. Biznes mərkəzlərinin birində təşkil olunacaq mətbuat konfransında “Hypers”lə bağlı bütün suallar öz cavabını tapacaq.

Əslində, “Hypers” İkinci Liqada mübarizə apara bilərmiş.

Yayda klub daxilində bununla bağlı müzakirələr aparılıb və qərara alınıb ki, siftə Region Liqası ilə edilsin. Ki, bu da səbəbsiz deyil.

Məlum olduğu kimi, mövsümün sonunda çempion adını qazananan komanda UEFA Region Kubokunda iştirak hüququna yiyələnəcək. Klub rəhbərliyinin diqqətini çəkən məhz bu məqam olub.

“Hypers” mövsümü çempion qismində başa vurub yayda beynəlxalq turnirdə oynamaq, həm də reqlamentə uyğun olaraq növbəti mövsümdə İkinci Liqada mübarizə aparmaq istəyir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti