
"İnanıram və ümid edirəm ki, komanda Almaniyada keçiriləcək növbəti Avropa çempionatına vəsiqə qazanacaq".
Sportinfo.az xəbər verir ki, bu açıqlama millimizin baş məşqçisi Canni De Byaziyə aiddir.
İtaliyalı daha əvvəl işlədiyi Albaniya yığmasından danışıb:
"Əslində, buna heç bir şübhəm yoxdur. Əsas görüş Çexiyaya qarşı olacaq.
Sonra Moldova və Farer adaları ilə səfər matçları daha asan keçməlidir. Düşünürəm ki, qrup lideri olmaq üçün onlarda hər şey var".
2016-cı ildə Albaniya ilə qitə çempionatının final mərhələsinə yüksələn De Byazi hazırkı yığmanın ovaxtkı komandadan beynəlxalq təcrübə baxımından daha yaxşı olduğunu söyləyib.