COP29

Region Liqasına pul qoyuluşu etmək mümkün olacaq?

22 Oktyabr 2023 12:20 Region Liqası 1 458
Region Liqasına pul qoyuluşu etmək mümkün olacaq?

Gələn həftə Region Liqasında yeni mövsüm start götürəcək.

Yarış ilk dəfə olaraq bukmeyker kontorlarının diqqət mərkəzinə düşüb.

Avropada, eləcə də, Asiya ölkələrində fəaliyyət göstərən bir neçə leqal mərc oyunları operatorları öz nümayəndələrini Azərbaycana göndərib.

Onların məqsədi çempionatın təşkilatçısı olan AFFA ilə danışıqlar aparmaq, müəyyən məbləğ qarşılığında buna icazə almaqdır.

Reqlamentə əsasən, hər qrupda ilk 2 yeri tutan komandalar pley-off-a vəsiqə qazanacaqlar. Yarışın qalibi UEFA Region Kubokunda iştirak hüququna yiyələnəcək.

Həmçinin çempion komanda 2-ci Liqada iştirak hüququ əldə edəcək. İkinci yerin sahibi isə 2-ci Liqada sonuncudən əvvəl yeri tutan komanda ilə pley-off oyunu keçirəcək.

AFFA Region Liqasının oyunları 4 regionu əhatə edəcək - Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb və Cənub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?