Bu gün AFFA-nın inzibati binasında "AFFA Region Liqası”nın 2023/2024-cü illər mövsümünün püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, tədbirdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov iştirak ediblər.
Hər qrupda ilk 2 yeri tutan komandalar pley-off-a vəsiqə qazanacaqlar. Yarışın qalibi UEFA Region Kubokunda iştirak hüququna yiyələnəcək.
Həmçinin çempion komanda 2-ci Liqada iştirak hüququ əldə edəcək. İkinci yerin sahibi isə 2-ci Liqada sonuncudən əvvəl yeri tutan komanda ilə pley-off oyunu keçirəcək.
AFFA Region Liqasının oyunları 4 regionu əhatə edəcək - Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb və Cənub. Püşkün nəticəsinə uyğun olaraq, I turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
Paytaxt və Şimal zonası
A qrupu
“Çinar Zəngilan” FK – “Gənclər” PFM
“İrəvan” İK – “Record Club”
“Ramana” (Abşeron)*- “Mübariz” FA
“Xanlıq” FK (Qubadlı) - “City Baku”
“Gənclik” İK bu tur istirahət edir.
B qrupu
“Cürət FK” – “Lokomotiv Baku”
“Şimal” FK (Xaçmaz) - ŞKGB (Xaçmaz)
İCBFA – “Hypers” FK
“Şirvanovka” FK – “Dirçəliş” FK
Şimal-Qərb və Qərb zonası
“Ağstafa Gəncləri” - “Qarxun” FK* (Yevlax)
“Balakən” FK - VT “Gəncə”
“Şəki” FK – “Göyəzən” PFK
“Qala” FK (Goranboy) - “Bərdə” FK
Cənub zonası
“Qobustan” FK – “Masallı” PFK
“Lənkəran” FK - “Ərkivan” (Masallı)
“Neftçala” FK – “Zəfər 44” (Cəlilabad)
“Biləsuvar” FK bu tur istirahət edir.
Mərkəz zonası
“Ərgünəş” FK – “İsmayıllı” FK
“Araz” FK (İmişli) - “Göyçay” FK
“Hacıqabul” FK - “Mil” FK (Beyləqan)
“Ağcabədi” FK - “Ümid” FK (Saatlı)