Daha iki komanda yeni mövsümdə çıxış edəcək - FOTO

15 Oktyabr 2023 14:00 Region Liqası 3 803
Daha iki komanda yeni mövsümdə çıxış edəcək - FOTO

Region Liqasının sıraları genişlənməkdə davam edir.

Ötən mövsümün daha 2 iştirakçısı yeni mövsümdə mübarizə aparacaq iştirakçılar arasına dönüb.

Bunlar İCBFA və “Ərgünəş“dir.

Oktyabrın 19-da 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.

Federasiya növbəti yarışın minimum 35 komandanın iştirakıyla təşkilini planlaşdırır.

Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Ağstafa gəncləri“, “Ərgünəş“, “Şimal”, "Masallı", “Bərdə”, "Qala", “Balakən”, ”Ümid” (Saatlı), “Hypers“ və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Zəfər 44», «Ərkivan», «VT Gəncə», “Rekord“,“Cürət“, «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala”, «Qobustan», «Lokomotiv» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti