İki komanda da yenidən bu çempionata qoşuldu - FOTO

13 Oktyabr 2023 09:40 Region Liqası 865
İki komanda da yenidən bu çempionata qoşuldu - FOTO

Region Liqasının yeni mövsümündə mübarizə aparacaq daha 2 komandanın adına aydınlıq gəlib.

«Cürət» və «Rekord» gələn sezonda da bu yarışmanın iştirakçısı olacaq.

Oktyabrın 19-da 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır.

Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Ağstafa gəncləri“, “Ərgünəş“, “Şimal”, "Masallı", “Bərdə”, "Qala", “Balakən”, ”Ümid” (Saatlı) və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Zəfər 44», «Ərkivan», «VT Gəncə», «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala”, «Qobustan», «Lokomotiv» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti