Qərbi Azərbaycanı təmsil edən ikinci komanda yaradıldı, baş məşqçisi məlum oldu

4 Oktyabr 2023 09:40 Region Liqası 2 167
Qərbi Azərbaycanı təmsil edən ikinci komanda yaradıldı, baş məşqçisi məlum oldu

Bu mövsümdən I Liqanın sıralarına qəbul edilən «İrəvan» Region Liqasında da varlıq göstərəcək.

Qərbi Azərbaycanı təmsil edən klubun ikinci komandası bu çempionatda mübarizə aparacaq.

Onu kimin çalışdıracağı da bəllidir - Arif Abbasov. İrəvanlılar artıq yoxlama görüşündə də qüvvəsini sınayıb.

Gənclərdən ibarət kollektiv Qubadlı «Xanlığ»ına 6:3 hesabıyla qalib gəlib.

2023/24-ci il mövsümünün püşkatma mərasimi oktyabrın əvvəlində keçiriləcək.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır.

Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Şimal”, "Masallı", “Bərdə”, "Qala" və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala” və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu