Respublikamızın bu rayonunda ilk futbol klubu fəaliyyətə başladı

3 Oktyabr 2023 14:40 Region Liqası 2 310
Respublikamızın bu rayonunda ilk futbol klubu fəaliyyətə başladı

Azərbaycanda futbolun coğrafiyası bir qədər böyüyüb.

Ağcabədi ilk dəfə bu xəritədə özünə yer edib.

Rayonun adını daşıyan komanda Region Liqasının sıralarına qoşulub.

2023/24-ci il mövsümünün püşkatma mərasimi oktyabrın əvvəlində keçiriləcək.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Şimal”, "Masallı", “Bərdə”, "Qala" və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala” və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!