COP29

Üç ay əvvəl dağılmış komanda yenidən çempionata qayıtdı

1 Oktyabr 2023 09:50 Region Liqası 3 316
Üç ay əvvəl dağılmış komanda yenidən çempionata qayıtdı

Bu ilin iyununda fəaliyyətini dayandırdığını açıqlayan «Çinar» yenidən geri dönüb.

Region Liqasının son finalçısı fəaliyyətini bərpa etməsi barədə AFFA-nı məlumatlandırıb.

Federasiya da öz növbəsində Zəngilan klubunun qayıdışını rəsmiləşdirib. Qarabağ təmsilçisi növbəti mövsümdən etibarən Region Liqasında mübarizə aparacaq.

2023/24-ci il mövsümünün püşkatma mərasimi oktyabrın əvvəlində keçiriləcək.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Şimal”, "Masallı", "Qala" və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», “Mil”, “Göyəzən”, “Neftçala” və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"