Azərbaycanın bu rayonunda da futbol klubu yaradıldı

20 Sentyabr 2023 15:00 Region Liqası 1 038
Azərbaycanın bu rayonunda da futbol klubu yaradıldı

Azərbaycanın daha bir rayonunda yeni futbol klubu yaradılıb.

Söhbət Balakəndən gedir.

Rayonun eyniadlı təmsilçisi bu mövsümdən Region Liqasında mübarizə aparacaq.

2023/24-ci il mövsümünün püşkatma mərasimi oktyabrın əvvəlində keçiriləcək.

Artıq qeydiyyat prosesi başa çatıb. Avqustda bununla bağlı elan verən AFFA sentyabrın 15-də «pəncərə»ni örtüb.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Ramana» və «Hacıqabul»uni ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

Çempionatda qüvvəsini sınayacaq iştirakçıların adları qarşıdakı günlərdə açıqlanacaq. Siyahının hələ ictimaiyyətə elan olunmaması bəzi texniki məsələlərlə bağlıdır.

Belə ki, bir neçə komanda hələ AFFA-nın şərtlərini tamamilə yerinə yetirməyib.

Federasiya onlara qısa vaxt verib və əgər önümüzdəki 3-4 gün ərzində çatışmazlıqları aradan qaldırmasalar, ola bilsin ki, yarışmaçıların siyahısı dəyişdirilsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti