Yeni çempionatda iştirak etmək istəyən komandalar AFFA-dan möhlət aldı

19 Sentyabr 2023 14:40 Region Liqası 539
Yeni çempionatda iştirak etmək istəyən komandalar AFFA-dan möhlət aldı

Region Liqasında 2023/24-ci il mövsümünün püşkatması oktyabrda atılacaq.

Bu haqda Sportinfo.az-a AFFA-dan məlumat verilib.

Bildirilib ki, püşkatma gələn ayın əvvəlində keçiriləcək.

Artıq qeydiyyat prosesi başa çatıb. Avqustda bununla bağlı elan verən AFFA sentyabrın 15-də «pəncərə»ni örtüb.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Ramana» və «Hacıqabul»uni ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

Çempionatda qüvvəsini sınayacaq iştirakçıların adları qarşıdakı günlərdə açıqlanacaq. Siyahının hələ ictimaiyyətə elan olunmaması bəzi texniki məsələlərlə bağlıdır.

Belə ki, bir neçə komanda hələ AFFA-nın şərtlərini tamamilə yerinə yetirməyib.

Federasiya onlara qısa vaxt verib və əgər önümüzdəki 3-4 gün ərzində çatışmazlıqları aradan qaldırmasalar, ola bilsin ki, yarışmaçıların siyahısı dəyişdirilsin.

Digər Xəbərlər
Xəbər Lenti